Məzmuna keç
Oruczadə Holding
IINU tətbiqi: Komanda səhifəsi

Nədir

IINU universitet tələbələrini bir şəbəkədə birləşdirən mobil tətbiqdir. Tələbə burada öz universiteti ilə məhdudlaşmır: fərqli universitet və ixtisaslardan komanda yoldaşı tapır, ideyasını ekspertlərə təqdim edir, yarışma və tədbirlərə qoşulur, sahəsinin mütəxəssislərindən birbaşa məsləhət alır. Tətbiq bütün tələbələr üçün pulsuzdur.

Kimlər üçündür

16 yaşdan yuxarı universitet tələbələri üçün. Öz sahəsində təcrübəsi olan mütəxəssislər tətbiqə ekspert kimi qoşula bilir.

İmkanlar

Bütün universitetlərdən komanda yoldaşı

Tələbə startap və ya yarışma komandası yaradır, açıq rolları göstərir və uyğun adamı öz universitetindən kənarda da tapır. Mühəndis tələbə marketinq və ya dizayn oxuyan tələbə ilə bir komandada işləyə bilir.

İdeyadan startapa

Tələbə startap ideyasını təqdim edir, ekspertlər ona baxır. Təsdiqlənən ideya öz səhifəsini alır: mərhələlər, komanda və yeniliklər bir yerdən idarə olunur. Təqdim olunan ideyanın mətnini yalnız müəllifi və IINU ekspertləri görür.

IINU tətbiqi: Komanda səhifəsi

Sahə ekspertlərindən dəstək

Tələbə sahəsinin ekspertlərini tapır, təcrübəsinə və rəylərinə baxır, sualını tətbiqdə verir və cavabını orada alır. Eksperti komandasına məsləhətçi kimi dəvət edə bilir.

IINU tətbiqi: Ekspertlər
IINU tətbiqi: Ekspert profili
IINU tətbiqi: Sual vermək

Sahə qrupları

Hər sahənin öz qrupu var. Tələbələr orada ekspertlər və tələbə mentorlarla bir yerdədir: sual verir, təcrübə paylaşır, bir-birindən öyrənir.

IINU tətbiqi: Sahə qrupu

Yarışmalar və tədbirlər

Hakatonlar, yarışmalar və tədbirlər bir yerdədir. Tələbə onları izləyir və komandası ilə birlikdə müraciət edir.

IINU tətbiqi: Yarışmalar

Portfolio və təsdiq

Tələbə gördüyü işlərdən portfolio qurur. Bilikləri sahə eksperti ilə müsahibədə təsdiqlənir və profilində “Təsdiqlənib” nişanı görünür.

IINU tətbiqi: Profil və portfolio

Lent və mesajlar

Tələbə icmasında nə baş verdiyi lentdə görünür: paylaşımlar, şərhlər, yeniliklər. Şəxsi və qrup mesajları da tətbiqin içindədir.

IINU tətbiqi: Lent

Təhlükəsizlik

İstifadəçi məzmundan və ya başqa istifadəçidən şikayət edə, onu bloklaya və hesabını istənilən vaxt silə bilir.

Qısa məlumat

Platforma
Android (Google Play). iOS tezliklə.
Dillər
Azərbaycan, ingilis
Qiymət
Bütün tələbələr üçün pulsuz
Yaş
16+
Sayt
iinu.org
Əlaqə
info@iinu.org

Bu məhsulla bağlı əməkdaşlıq üçün bizə yazın.

ƏlaqəNövbəti məhsulMeetime